Yumru düyü (Avanqard) - düyünün bu növünün dənləri girdə, qısa, demək olar ki, qeyri-şəffafdır. Ondan pudinq, südlü sıyıqlar, şorba, piroq, zapekanka, müxtəlif desertlər və suşinin hazırlanmasında istifadə olunur. Yumru düyü yüksək nişasta tərkibi sayəsində əla yapışma xüsusiyyətinə malikdir. Bu səbəbdən o, uşaqlar üçün də faydalıdır. Cilalanmış yumru düyünün tərkibində minimal miqdarda yağın və kifayət qədər sellülozun olması, ona istənilən pəhriz menyusunda əsas yerlərdən birini təmin edir.